2 ildir tam təcrid olunan qadınlar: Nadir xəstəlikdən əziyyət çəkirlər - FOTOLAR

    2 ildir tam təcrid olunan qadınlar:    Nadir xəstəlikdən əziyyət çəkirlər -   FOTOLAR
  20 May 2022    Oxunub:725
COVID-19 pandemiyası milyonlarla insanı evdən işləməyə, dostlar, qohumlarla daha az görüş keçirməyə və həyat tərzində digər dəyişikliklərə getməyə vadar etdi. Məhdudiyyətlər bütün dünyada ildırım surətilə yayıldı.
Lakin son zamanlar məhdudiyyətlər elə surətli şəkildə də aradan qaldırılır. Artıq kütləvi hal almış vaksinasiya, xüsusən də "Omikron" ştamının yaratdığı yeni dalğa azalıb. Bu cür optimist durum isə yaxın aylarda insanların həyatının normal vəziyyətə qayıdacağını vəd edir.

Ancaq pandemiya bəziləri üçün sonu görünməyən təcridi gətirdi...

Məsələn Variabel İmmun Çatışmazlığından əziyyət çəkən ABŞ-ın Ayova ştatının sakini Sara En Uillet, pandemiyanın başlanmasından bəri 750 gündən çoxdur ki, təcrid olunmuş vəziyyətdə yaşayır.

Yerli saytlar yazır ki, evdə qalmaq onun üçün ölüm-dirim məsələsidir. Qadının əziyyət çəkdiyi Variabel İmmun Çatışmazlığı isə o deməkdir ki, Uillet aşağı səviyyəli qoruyucu antikorlara malikdir və daima ağır şəkildə xəstələnmə riski altındadır.

- Ölkədə qapanmaların ən çox təsir etdiyi şəxslər bizim kimi Variabel İmmun Çatışmazlığından əziyyət çəkənlərdir. Çünki onsuz da ciddi immun problemi ilə üz-üzəyik bir tərəfdən də sərt şəkildə təcrid olunmaq məcburiyyətində qalırıq. Virusa yoluxanda isə onu daha ağır keçiririk, - Uillet deyib.

Uillet pandemiyadan əvvəl də ictimai yerlərdən maksimum uzaq gəzib. O, pandemiya zamanı ölkə daxilində tətbiq olunan məhdudiyyətlərə əməl edib, maskada gəzib, pik saatlarda alış-verişdən qaçıb və yalnız xüsusi hallarda evi tərk edirmiş.

"O, tez-tez və asan şəkildə xəstələnir, istər ofisdə olsun, istərsə də böyük bir ailə ilə evdə qalsın məlum xəstəliyi ona əziyyət verib. Pandemiya başlayanda isə o bilirdi ki, əri və oğlu tamamilə təcrid olmaq məcburiyyətində qalacaqlar", - ABC saytı yazıb.
Qeyd edilir ki, 800 günə yaxın tam şəkildə qapanan Uillet kimi ağır xəstəlikdən əziyyət çəkən bir neçə Amerika vətəndaşı da var. Bunlardan Tinu Abayomi-Pol,Çaris Xill,Don Qibson daha çox diqqət çəkib. Ən pisi isə odur ki, 750 gündən sonra onların çoxu yenə də təcrid olunmuş vəziyyətdə yaşayacaq...





Tural Tağıyev
AzVision.az

Teqlər: Pandemiya   Təcrid  







Xəbər lenti