G7 Rusiya nefti üçün qiymət həddini təyin edə bilər

   G7 Rusiya nefti üçün qiymət həddini təyin edə bilər
  20 May 2022    Oxunub:1233
“Böyük Yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Rusiya neftinin idxalına qoyulan potensial məhdudiyyətlərin mahiyyəti ilə bağlı konsensusa gələ bilmədilər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen Köniqsvinter şəhərindəki Petersberq mehmanxanasında keçirilən iki günlük görüşün birinci gününün yekunlarına əsasən bildirib.

Onun sözlərinə görə, Amerika tərəfi Moskvanın gəlirlərini məhdudlaşdırmaq, eyni zamanda Rusiyadan enerji nəqlinin həcmini saxlamaq üçün Rusiya neftinin idxalına rüsumların tətbiqi təklifi irəli sürüb. Eyni zamanda, Avropa ölkələrinin nümayəndələri ilin sonuna qədər mərhələli embarqonun tətbiqinə çalışırdılar.

Onun fikrincə, Rusiya neftinin alıcıları razılığa gələ bilərlər, ona görə də onlar müəyyən həddi aşan qiymətlərə yanacaq almayacaqlar. O, inanır ki, mümkün qədər çox ölkə ona qoşularsa, belə bir təşəbbüs uğurlu olar. Yellen görüşün ilk günündə Rusiyanın Avropaya neft ixracından əldə etdiyi gəlirlərin azaldılması mexanizmlərinin az müzakirə olunduğunu, lakin bu təklifə marağın böyük olduğunu vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: G7  





Xəbər lenti