Obamadan BMT təmsilçilərinə sanksiya

Obamadan BMT təmsilçilərinə sanksiya
  19 Aprel 2014    Oxunub:979
Obama terrorizmdə şübhəli bilinən BMT təmsilçilərinə viza verilməsini qadağan edib.
ABŞ prezidenti Barak Obama ölkəsi əleyhinə casusluqda və terrorizmdə şübhəli bilinən BMT nümayəndələrinə viza verilməsini qadağan edən qanun imzalayıb. Bu barədə Azvision.az “The Washington Post”-a istinadən xəbər verir.

“Birləşmiş Ştatlar və onun müttəfiqlərinə qarşı casusluq, yaxud terrorizm cəhdləri şübhəsiz ki, ciddi problemdir. ABŞ konqresi belə şəxslərin diplomatik status altında gizlənərək, xalqımıza zərər vura biləcəyindən narahatdır. Bu bizim hər birimizi narahat edir”– deyə, Obama bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti