Ukraynanı 6,2 milyondan çox insan tərk edib

   Ukraynanı    6,2 milyondan çox    insan tərk edib
  16 May 2022    Oxunub:444
Fevralın 24-dən indiyə kimi Ukraynanı 6,2 milyondan çox insan tərk edib. Onlar əsasən Polşa, Rumıniya və Rusiyaya üz tutublar.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) portalında dərc edilib.

"Mayın 15-dək Ukrayna ərazisini 6 milyon 223 min 821 nəfər tərk edib. 3,3 milyondan çox insanın Polşaya, 919 mindən çoxunun Rumıniyaya, 838 mindən çoxunun Rusiyaya, 605 mindən çoxunun isə Macarıstana gedib", - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya fevralın 24-dən başlayaraq Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb. Döyüşlər əsasən şəhərlərdə getdiyindən qısa zamanda Ukraynanı xeyli sayda dinc sakin tərk etdi.

Tural Tağıyev
AzVision.az

Teqlər: Ukrayna  







Xəbər lenti