Ukraynalı atlet Bakıda Rusiya telekanalına müsahibədən imtina etdi - VİDEO

  Ukraynalı atlet Bakıda Rusiya telekanalına müsahibədən imtina etdi -    VİDEO
  15 May 2022    Oxunub:675
Heydər Əliyev Fondunun 5-ci dəfə “Küləyə qalib gə” şüarı ilə təşkil etdiyi “Bakı Marafonu-2022”nin qadınlar kateqoriyasında qalibi Valentina Veretskaya yarışdan sonra diqqət mərkəzinə düşüb.
AzVision.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan telekanallarına təmsil etdiyi ölkə kürəyində Ukrayna bayrağı müsahibə verib.

Lakin o, ölkəmizdə fəaliyyət göstərən Rusiyanın “Mir” telekanalına müsahibə verməkdən imtina edib. Kanalın müxbiri müsahibəyə nə qədər cəhd etsə də, onu fikrindən daşındırmaq mümkün olmayıb.

Qeyd edək ki, Valentina Veretskaya Ukraynanın Zaporojye şəhərindəndir və peşəkar marafon atletidir.



AzVision.az


Teqlər:





Xəbər lenti