Nadir finalda səhnəyə neçənci çıxacaq?

   Nadir finalda səhnəyə neçənci çıxacaq?
  13 May 2022    Oxunub:1401
Müğənni Nadir Rüstəmli Avroviziyanın finalının ikinci hissəsində səhnəyə çıxacaq.
AzVision.az xəbər verir ki, sənətçi 15 nömrə altında “Fade to black” mahnısını səsləndirəcək.

Qeyd edək ki, finalda ümumilikdə 26 ölkə iştirakçısı çıxış edəcək. Qalib teletamaşaçılar və peşəkar münsif heyətinin səsverməsi əsasında seçiləcək.

Bukmeykerlərin proqnozlarına əsasən, qalibiyyətə əsas favorit Ukraynadır. TOP-5-ə, həmçinin Böyük Britaniya, İsveç, İtaliya və İspaniya daxildir.



AzVision.az


Teqlər:





Xəbər lenti