Putinin keçmiş arvadına elçi düşdü

Putinin keçmiş arvadına elçi düşdü
  18 Aprel 2014    Oxunub:1223
Novosibirskdə yaşayan milyonçu Yuri Babin Rusiya prezidenti Vladimir Putinin keçmiş xanımı Lyudmila Putina ilə evlənmək istədiyini deyib.
Babin bununla bağlı xanıma təklif də göndərmək istəyir. “Mən 2008-ci ildən dulam və Lyudmila Aleksandrovna Putinaya qəlbimi təklif eləmək istəyirəm. İki aydır ki, bu barədə düşünürəm, ancaq Vladimir Vladmiroviç mənə yenə xatırlatdı. Ümid edirəm ki, arzum reallaşacaq” deyə Babin bildirib.

Lyudmila Putinaya təklifi necə edəcəyinə gəlincə isə, o, xanımın mətbuat vasitəsilə xəbərdar ola biləcəyinə ümid etdiyini deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti