Türkiyə kəşfiyyatında `zəlzələ` qanunlar

Türkiyə kəşfiyyatında `zəlzələ` qanunlar
  18 Aprel 2014    Oxunub:1049
MİT (Milli Kəşfiyyat Təşkilatı)-lə bağlı qanununa edilən dəyişikliklər Türkiyə Böyük Millət Məclisində qəbul edilib.
AzVision.az xəbər verir ki, qanunun qəbul edilməsinə etiraz edən müxalifətçi millət vəkilləri ilə iqtidar nümayəndələri arasında böyük mübahisələr yaşanıb.

15 maddəlik qanun layihəsi MİT-də böyük dəyişikliklərə səbəb olacaq. Qanuna əsasən parlamentdə kəşfiyyat təşkilatlarına nəzarət edəcək komissiya yaradılıcaq.

Təkcə MİT deyil, polis, hərbi və digər kəşfiyyat xidmətlərinə də parlamentdə qurulacaq komissiya nəzarət edəcək.

17 millət vəkilindən qurulacaq komissiya iqtidar və müxalifət nümayəndələrindən ibarət olacaq. Bu komissiyanın iclasları isə mətbuata qapalı keçiriləcək.

MİT qanununa prezident tərəfindən imza qoyulduqdan sonra MİT ölkə xaricində əməliyyat keçirmək səlahiyyətinə malik olacaq.

Bu qanundan sonra MİT hər tip xarici qurum, təşkilat, dəstə, şəxslərlə əlaqə qura biləcək.

Emin Piri



Teqlər:  





Xəbər lenti