Rus jurnalistlər Kann festivalına buraxılmayacaq

Rus jurnalistlər Kann festivalına buraxılmayacaq
  08 May 2022    Oxunub:1113
Kann kinofestivalının təşkilatçıları Rusiya mediasına akkreditasiya verməkdən imtina ediblər.
AzVision.az xəbər verir ki, bu barədə “The Wrap” nəşri yazıb.

Məlumata görə, jurnalistlərin festivala buraxılmasından imtina ilə bağlı qərar iki həftə əvvəl qəbul edilib.

Rusiyalı rejissor Aleksandr Sokurov təşkilat komitəsinin tələbəsi Malika Musayevanın əsərini tədbir proqramına daxil etməkdən imtina etməsindən sonra Kann Film Festivalını ayrı-seçkilikdə günahlandırmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti