Anar Kərimov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

Anar Kərimov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb
  04 May 2022    Oxunub:1576
ABŞ-da səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anara Kərimov bu ölkənin dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Li Satterfildlə görüşüb.
Mədəniyyət Nazirliyindən AzVision.az - a verilən məlumata görə, görüş Dövlət Departamentində baş tutub.

Görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunub. Anar Kərimov “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsü barədə danışıb. Həmçinin ölkəmizin mədəni irsinin qorunması yolunda aparılan işlər barədə məlumat verilib.

Tərəflər bir sıra məsələlər haqda da fikir mübadiləsi aparıblar.

Bundan başqa, A.Kərimov Smitsonian İnstitutunda Muzeylər və mədəniyyət katibinin müşaviri Kevin Qover və Folklor və Mədəni İrs Mərkəzinin direktoru vəzifəsini icra edən Riçard Kurinlə də görüşüb.

Görüşdə ikitərəfli uğurlu əlaqələrin qurulması, araşdırmalar və sərgilərin təşkili, eksponatların restavrasiyası mövzusunda danışıqlar aparılıb. Söhbət zamanı nazirə məlumat verilib ki, Smitsonian İnstitutu hər il bir-birindən zəngin folklor festivalları təşkil edir. Eləcə də Azərbaycanın növbəti festivallara qatılmağı təklif olunub.



Həmçinin İnstitutda müxtəlif sahələr üzrə təcrübə proqramlarının keçirilməsindən, bu proqramlara ölkəmizdən olan mütəxəssislərin də qoşulmaq imkanlarından bəhs olunub.

Görüş zamanı sıx əməkdaşlığa təkan verəcək Anlaşma Memorandumu da imzalanacağı ilə bağlı razılığa gəlinib. Qeyd olunub ki, bu memorandum gələcək çoxşaxəli əməkdaşlıq üçün olduqca vacibdir.



Sonda tərəflər bir-birinə tarixi və mədəni baxımdan böyük önəm daşıyan kitablar hədiyyə edib.

Azərbaycan mədəniyyət nazirinin digər görüşü ABŞ arxiv idarəsinin rəhbəri vəzifəsini icra edən Debra Voll ilə olub.

Görüş zamanı bir sıra əhəmiyyəti mövzular müzakirə olunub. Həmçinin azərbaycanlı mütəxəssislərin yaxın gələcəkdə treyninq proqramlarına qoşulması barədə razılıq əldə olunub. Mədəni irsin arxivləşdiriməsində, eləcə də arxiv sənədlərinin rəqəmsallaşdırılmasında Amerika təcrübəsindən faydalanmağın önəmindən bəhs olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti