Ruslar Eurovision 2022-də səsvermə hüququndan məhrum edilib

   Ruslar Eurovision 2022-də səsvermə hüququndan məhrum edilib
  03 May 2022    Oxunub:1224
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar olaraq Moskvanın “Eurovision 2022” vokal müsabiqəsində iştirakı dayandırılıb. İndi isə məlum olub ki, Rusiya sakinləri öz favoritlərinə səs də verə bilməyəcəklər.
Müsabiqənin icraçı prodüseri Klaudio Fazulonun sözlərinə görə, qaydalarda qeyd olunur ki, yalnız müsabiqədə iştirak edən ölkələrin sakinləri bəyəndikləri iştirakçıya səs göndərə bilərlər.

- Yarış zamanı səsvermə yalnız orada iştirak edən ölkələrdə mümkündür. Tədbirdə iştirak etməyən Rusiya öz ərazisindən səs verə bilməz, - Klaudio Fazulo deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti