Putin: `Əvvəl keçmiş arvadımı ərə verim, sonra...`- VİDEO
Vətəndaşlardan biri, bu yaxınlarda həyat yoldaşından rəsmən ayrılan Putinə `ikinci dəfə nə vaxt evlənəcəksiniz` deyə sual verib.
Buna cavab olaraq Putin “ əvvəlcə keçmiş arvadımı ərə verim, sonra özüm evlənəcəyəm” deyib.
Xatırladaq ki, keçmiş həyat yoldaşı Lyudmila Putina ilə 30 il rəsmi nikahda olub. Cütlük 2013-cü il, iyunun 6-da boşandıqlarını elan ediblər.
Putinin mətbuat katibi Dmitriy Peskovun sözlərinə görə, prezidentin həyatında nəinki başqa qadın, hətta ailəsinə ayıracaq vaxtı yoxdur.
Mətbuat katibi prezidentlə Alina Kabayevanın nişanlandığı ilə bağlı internetdə yayılan xəbərləri də təkzib edib.
Səbinə
AzVision.az