"Eurovision" təmsilçimiz İtaliyada ilk məşqini edib - Fotolar

   "Eurovision" təmsilçimiz İtaliyada ilk məşqini edib -    Fotolar
  02 May 2022    Oxunub:1200
Azərbaycanın "Eurovision 2022" təmsilçisi Nadir Rüstəmli İtaliyada PalaOlimpico səhnəsində ilk məşqini edib.
AzVision.az xəbər verir ki, Azərbaycan təmsilçisinin səhnə dekorasiyası nərdivan şəklində platformadan ibarətdir. Eyni zamanda maraqlı işıq effektləri səhnə nömrəsini daha güclü edir.

Qeyd edək ki, Azərbaycanın "Avroviziya-2022"də təmsil edəcək Nadir Rüstəmli müsabiqədə "Fade To Black" mahnısı ilə çıxış edəcək.

"Avroviziya-2022" mahnı müsabiqəsi Turində (İtaliya) keçiriləcək, yarımfinal 10 və 12 mayda, final mayın 14-də keçiriləcək. "Avroviziya-2022"nin şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi").

Nadir Rüstəmli ikinci yarımfinalın birinci hissəsində çıxış edəcək. "Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinə bəstəkar və prodüser İsa Məlikov rəhbərlik edəcək.









AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti