Məşhur aktyor evini ukraynalı qaçqınlara verdi

Məşhur aktyor evini ukraynalı qaçqınlara verdi
  29 Aprel 2022    Oxunub:930
Məşhur aktyor Benedikt Kamberbeç Böyük Britaniyadakı evində ukraynalı qaçqın ailəsinə sığınacaq vermək niyyətində olduğunu açıqlayıb. AzVision.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
O, evində yaşamağa hazırlaşan ailənin artıq Ukraynanı tərk etdiyini deyib.

Aktyor qeyd edib ki, hazırda onların tibbi müayinə və müalicəsi prosesləri gedir. Nə vaxt gələcəkləri və gəldikdən sonra nə edəcəkləri il bağlı ətraflı məlumat vermək isə onların şəxsi həyatına müdaxilə etmək sayılır.
O, həmçinin digər Hollivud aktyorlarını ukraynalılara ianə verməyə çağırıb, Britaniya siyasətçilərini isə ukraynalı qaçqınlar üçün düşərgə yaratmağa səsləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor   Qaçqın  





Xəbər lenti