Anar Kərimov ABŞ-a səfər edəcək

   Anar Kərimov ABŞ-a səfər edəcək
  26 Aprel 2022    Oxunub:945
Mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfər edəcək.
REAL TV-nin ABŞ bürosunun əldə etdiyi məlumata görə, nazirlə birlikdə paytaxt Azərbaycandan bir çox incəsənət xadiminin də Vaşinqtona səfər edəcəyi gözlənilir.

Nazir və incəsənət xadimləri Vaşinqtonda keçiriləcək xeyriyyə konsertinə qatılacaq.

Qeyd edək ki, xeyriyyə konserti ABŞ-nin Marşal İrsi İnstitutu, Azərbaycan Mədəniyyət Nazirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil ediləcək. “Orxideyanın səsi” adı altında keçiriləcək xeyriyyə konsertindən əldə ediləcək gəlirlə Qarabağda ərazilərin minalardan təmizlənməsi məqsədilə xüsusi itlər alınacaq.

Qeyd edək ki, xeyriyyə konserti may ayının 3-də keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti