Ermənilər türk əlifbası mövzusunu niyə qabardır?
Erməni o zaman da və o prosesdə də erməni kimi iştirak edib. Əlifbanı tərtib edərkən Türkiyənin Asiya hissəsinin və kürdlərin dezinteqrasiyasının bünövrəsi qoyuldu, “Q”, “X”, “Ə” hərfləri sıradan çıxarıldı. Bu məsələnin təsiri o qədərdi ki, Ərdoğan kürd acılımı paketində “Q” və “X” hərflərini əlifbaya daxil etmək öhdəliyi götürdü. Anadolu türklərinin dilində “Ə” səsi var, amma türk əlifbasında “Ə” hərfi yoxdur.
Bu məsələdə xüsusi vurğulamaq istədiyimiz məqam da var ki, Azərbaycanın nəzərə almalıdır. Bizim bəzi siyasətçilərimiz, elm və ədəbiyyat xadimlərimiz ermənilərin düzəltdiyi əlifba və dili Azərbaycanda əlifba və dövlət dili kimi qəbul etdirmək istəyirdilər. İndi də Azərbaycanda işlənən türkçülük etnik yox, siyasi anlamdadır. A.Martosyan İstanbul ləhcəsi əsasında əlifba düzəltdi və bu ləhcəni dövlət dili elan etdirdi. İstanbul ləhcəsini Anadolu ləhcəsindən fərqi onda idi ki, İstanbulda türk dili erməni və yunan dillərinin təsirinə ciddi məruz qalmışdı.
SİTM-nin hesabatından
Teqlər: