İtmiş təyyarə tapılıb, amma gizlədilir - İDDİA

İtmiş təyyarə tapılıb, amma gizlədilir - İDDİA
  17 Aprel 2014    Oxunub:937
İtmiş təyyarənin tapıldığı və gizlədildiyi ilə bağlı xəbərlər yayılıb
AzVision.az Axar.az-a istinadən xəbər verir ki, dünyada axtarış işləri üzrə ən yaxşı mütəxssislərdən biri sayılan İngiltərənin itmiş təyyarə və gəmilərin axtarılması mərkəzinin direktoru Marns öz açıqlamasında itmiş təyyarənin tapıldığını tam əminliklə söyləyib:

”Hökumət hələ bunu açıqlamır, amma bunu etmək üçün əllərində kifayət qədər fakt var”, - deyə əminliklə vurğulayan mütəxəssis onu da əlavə edib ki, yaxın vaxtlarda alınan siqnallar adi siqnallar deyildi və gələn siqnallardan 4-ü çox aydın şəkildə itmiş təyyarənin yerini müəyyən etməyə imkan verir”.

Son olaraq onu da qeyd edək ki, Marns İkinci Dünya müharibəsi zamanı 1941-ci il, 19 noyabrda Avstraliya Dəniz donanmasına aid batmış savaş gəmisinin qalıqlarını 2008-ci ildə tapıb.


Teqlər:





Xəbər lenti