Qazaxıstanın “Eskort ağalar”I “Park Cinema”da! - VİDEO

Qazaxıstanın “Eskort ağalar”I “Park Cinema”da! -    VİDEO
  19 Aprel 2022    Oxunub:1281
"Park Cinema” kinoteatrlar şəbəkəsində Qazaxıstan istehsalı olan komediya nümayiş etdiriləcək. Bu, rejissor Darxan Sarkenov, baş rollarda Rustem Janyamanov, Yerlan Primbetov və Oljas Alıjanovun çəkildiyi "Eskort Ağalar” filmi.

İki dostun, sadə elektrik ustaları Alpamış və Aydarın həyatı kriminal dairələrlə atışmadan sonra kəskin şəkildə dəyişir. Başqa çarələri olmadığından zəng edən adamdan kömək istəyirlər. Ancaq onları qarşıda nə gözlədiyini bilmirdilər.

Darxan Sarkenov ən məşhur qazax rejissorlarından biridir. 2020-ci ildə onun nəinki vətənində, həm də Rusiya və Ukraynada yaxşı rəylər qazanan "Kirayəçilər” filmi işıq üzü gördü. O, həmçinin "Sinif yoldaşları” və "Biznesmen Kanat” serialının müəllifidir.

"Eskort Ağalar” filminə aprelin 21-dən etibarən "Park Cinema” kinoteatrlar şəbəkəsində baxın!



AzVision.az


Teqlər:





Xəbər lenti