Nostalji mağazası - FOTOREPORTAJ

Nostalji mağazası -  FOTOREPORTAJ
  03 May 2022    Oxunub:5377
Bakının Murtuza Muxtarov, 103 ünvanında yerləşən antik əşyalar mağazası 10 ildən çoxdur fəaliyyət göstərir. Sahibi Zaur Adil deyir ki, insana nostalji hisslər yaşadan bu məkanın açılmasına bir tarixçi vəsilə olub. Onun Zaur bəyə bir qutu val bağışlaması həmsöhbətimizdə kolleksiyaçılığa böyük maraq yaradıb. Beləliklə, böyük zəhmətlə belə bir mağazanı ərsəyə gəirib.
"Sənətkarlarımızın vallarını görəndə qarşıma məqsəd qoydum ki, onları qoruyub saxlağayacaq və gələcək nəsilə çatdıracağam. Əvvəlcə köhnə və klassik əşyaları topladım, sonra isə mağaza açıb, kolleksiyaçıları sevindirdim. Valları Rusiyadan və Hollandiyadan gətirdirəm. Oradakı dostlarım bu işdə mənə kömək edirlər. Bəzən isə kolleksiyaçıların özləri gətirib mənə hansısa əşyanı satırlar. Qarşılıqlı fəaliyyət göstəririk. Valların qiyməti 2 manatdan 300 manata qədərdir. Vaqif Mustafazadənin, Rəşid Behbudovun, Flora Kərimovanın, İlhamə Quliyevanın, Rauf Hacıyevin valları baha qiymətə satılır. Bura gələnlər nostalji yaşayır, xatirələrlə qarşılaşırlar",- deyir Zaur Adil.

AzVision.az-ın fotoqrafı Anar Bayramlının mağazadan hazırladığı fotoreportajı təqdim edirik.






































































AzVision.az


Teqlər:





Xəbər lenti