Estoniya və Finlandiya da Rusiyaya qarşı çıxdı
Baş nazir deyib ki, Estoniya gözünü belə qırpmadan Rusiya əleyhinə istənilən addımı atmağa hazırdır. Tallin bu yolda öz iqtisadiyyatının zəifləyəcəyini bilə-bilə Rusiyaya qarşı çıxacaq. Qeyd edək ki, söhbət rəsmi Moskvanın Ukrayna ilə bağlı yürütdüyü siyasətə qarşı tətbiq olunan sanksiyalardan gedir.
Finladiya da Estoniya kimi Ukrayna məsələsi ilə bağlı Rusiyaya münasibətdə Avropa İttifaqı ilə həmrəylik nümayiş etdirib. Bu istiqamətdə vahid mövqedən çıxış etməyin vacibliyini vurğulayan Finladiya baş naziri Yurki Kataynen istənilən sanksiyaları dəstəkləyəcəklərini bəyan edib.
Qeyd edək ki, həm Estoniya, həm də Finlandiya qazla bağlı birbaşa olaraq Rusiyadan asılıdırlar. Odur ki, Finlandiyanın baş naziri təcili olaraq fin-eston maye qaz teminalının tikintisini təklif edir.
Səbinə Həsənova
Teqlər: