Merkellə Putin yenə razılığa gələ bilmədi
“Lliderlərin baş verən hadisələrə münasibətinin fərqli olub. Tərəflər, həm də aprelin 17-də Cenevrdə keçiriləcək iclasa hazırlıq işlərinin nə yerdə olduğunu müzakirə ediblər”-deyə Virtz danışıqları qısaca şərh edib.
Qeyd edək ki, Cenevrə toplantısı zamanı ABŞ, Rusiya və Ukrayna xarici işlər nazirləri eləcə də Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarıi Ketrin Eşton bir araya gələcəklər. Görüşdə Ukrayna böhranının diplomatik həlli yolları müzakirə olunacaq.
Fatimə Kərimli