Nazir Dram Teatrına yeni baş rejissor təyin edib

   Nazir Dram Teatrına yeni baş rejissor təyin edib
  15 Aprel 2022    Oxunub:1062
Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Nazirliyin nümayəndələrinin iştirakı ilə Əliyar Əliyev bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, Əliyar Əliyev 1979-1980-ci illərdə Akademik Milli Dram Teatrında, 1983-1984-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1992-ci ildə “Qodonun intizarında” və “Dələduz” tamaşaları ilə Türkiyədə qastrol səfərində olub. Türkiyədə bir sıra özəl teatrlarda rejissor kimi fəaliyyət göstərib. 2010-2019-cu illər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

AzVision.az



Teqlər: Dram-teatr  





Xəbər lenti