“SabirArt” layihəsinə start verildi

“SabirArt” layihəsinə start verildi
  15 Aprel 2022    Oxunub:849
Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və "PAŞA Holding"in dəstəyilə "AXIN" "Sabirart" layihəsinə start verir. ''Şuşa ili'' çərçivəsində təşkil olunan layihədə iştirakçılara 6 ay müddətində hər həftənin şənbə günləri "ArtEvi" incəsənət emalatxanasının peşəkar rəssamı tərəfindən rəssamlıq sənətinin incəlikləri tədris olunacaq, həmçinin 2 günlük Şuşaya səfər və burada etüdün təşkili nəzərdə tutulur.a
Sabirabadda yaşayan, 35 yaşa qədər rəssamlıq bacarıqları olan istənilən şəxs A4 formatında, istənilən texnika ilə (sulu boya, yağlı boya, sadə və ya rəngli karandaş ilə) işlədiyi rəsmin arxasına ad, soyad, əlaqə nömrəsi (təhsil aldığı və ya işlədiyi müəssisənin nömrəsi) qeyd edərək, 1 may 2022-ci il tarixinə qədər Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatına təqdim edə bilər. Layihə bölgələrdə incəsənətə marağı artırmaq, xüsusilə Sabirabad gənclərinin asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaq məqsədilə keçirilir.

Layihə üçün seçilən 10 gənc lazım olan bütün rəssamlıq ləvazimatları ilə təmin olunacaq.



Teqlər: Rəsm   Sabirabad  





Xəbər lenti