Almaniyadan Rusiyaya hədə dolu mesaj

Almaniyadan Rusiyaya hədə dolu mesaj
  16 Aprel 2014    Oxunub:1189
Almaniya Baş nazirinin müavini, İqtisadiyyat və Energetika naziri Siqmar Qabriel Rusiyanı iqtisadi sanksiyalarla hədələyib.
Qabriel hökumətin Rusiyaya iqtisadi sanksiyaların tətbiq edilməsinə zərurət qalmaması üçün əlindən gələni etdiyini deyib.

Qabriel həmçinin qeyd edib ki, əgər Rusiya gərginliyin sona çatmasını təmin etməsə üçüncü mərhələ sanksiyası tətbiq ediləcək.

Qeyd edəj ki, Krımın ilhaqından sonra Avropa və tərəfdarları tərəfindən Rusiyaya qarşı üç pilləli sanksiya tətbiqi elan edilmiş, indiyə qədər isə ikisi həyata keçirilmişdi. / axar.az


Teqlər:  





Xəbər lenti