Alim Qasımovun qızı oğurluq edən həyat yoldaşını bağışladı

   Alim Qasımovun qızı oğurluq edən həyat yoldaşını bağışladı
  08 Aprel 2022    Oxunub:1439
"Qızımın və Ümidin ailə qurmasında böyüklərin əli yoxdur. Bu, cavanların özlərinin bir-birinə olan baxışlarından və ünsiyyətdən olan münasibət olub. Biz də onların izdivac fikrinə "yox" demədik. Alim Qasımovun ilk nəvəsinin toyu idi. Bir də Fatimə ailəmizin sevimlisidir. Ona görə sevinirdik".
Bu sözləri Əməkdar artist Fərqanə Qasımova rejissor Nail Naiboğlunun "Qırmızı" yutub layihəsinə açıqlamasında deyib.

Xanəndə qızı Fatimənin Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə qurmasından danışıb.

F.Qasımova "Natiq Şirinov necə qudadır" sualına "Allah bu sevinci nə bizə, nə oğlan evinə çox görsün. Əsas odur ki, Natiq Şirinov evinə gələn o qızı, gəlini öz övladı kimi sevir" cavabını verib.

Xanəndə tezliklə nənə olmağı arzuladığını da gizlətməyib.

"Fərqanə Qasımova həyat yoldaşını bağışlayıb" sualına ifaçı "hə" cavabını verib.

Qeyd edək ki, F.Qasımovanın həyat yoldaşı Elnur Mövlamov həbs edilib. O, Cinayət Məcəlləsinin 180.2.4 (Soyğunçuluq) və 178.3.2 (Dələduzluq) maddəsi ilə təqsirli bilinir. İş üzrə zərərçəkmiş qismində Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qızı Fərqanə Qasımovanın produseri Rəşadət Fərzəliyev tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Mövlamova 9 il həbs cəzası verilib.

Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına görə həbs edilən kürəkəni Elnur Mövlamov Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Onun həbs müddəti bir il azaldılaraq 8 ilə endirilib.

F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti