Jirinovski: `Yanukoviç ordu ilə qayıdır`
“Yanukoviç öz iqamətgahına qayıdacaq, o, qanuni prezidentdir. O, Ukraynanın cənub –şərqində yerləşən 9 regiona müstəqillik verilməsi ilə bağlı referendum keçirəcək” deyə Jirinovski bildirib. Jirinovski sözügedən regionların Rusiya üçün “konfet” olacağını deyib. Onun sözlərinə görə, bu regionların və Denestryanının Rusiyaya birləşməsindən sonra Rusiya artıq Ukrayna ərazisi ilə deyil, öz torpaqları ilə Avropaya neft və qaz nəql edəcək.
Onun sözlərinə görə, Yanukoviç ölkəyə şəxsi mühafizəçiləri və Cənub-Şərqi Ukrayna ordusu ilə girəcək: “Artıq Ukraynanın cənub –şərqində ordu qurulub . Bu ordunun öz komandanları , qərargah rəhbərləri var. Onlar xalq qarşısında and da içiblər. Kiyevdə oturan saxtakarların hamısı həbs olunacaqlar”.
Jirinovski deyib ki, Yanukoviş mayın 1-də Kiyevə daxil olanda , Rusiya sakinləri Moskvada keçiriləcək ənənəvi parad zamanı ona həmrəylik nümayiş etdirəcəklər.
Səbinə Həsənova