Rus qırıcıları Qara dənizdə ABŞ gəmisini nəzarətdə saxlayır

Rus qırıcıları Qara dənizdə  ABŞ gəmisini nəzarətdə saxlayır
  15 Aprel 2014    Oxunub:1684
“Soyuq müharibə ” dövrünü xatırladan manevrlər artıq rəsmi təsdiqlənib.
RF qırıcılarının Qara dəniz sularında üzən ABŞ-nin “Donald Kuk” hərbi minadaşıyıcı gəmisinin üzərindən bir neçə dəfə keçməsi artıq rəsmi təsdiqini tapıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndələrinin dediyinə görə gəmi Odessaya tərəf üzürdü və bu zaman Rus qırıcıları tərəfindən təqibə məruz qalıb.

AzVision.az xəbər verir ki, qərb mətbuatının məlumatına görə şənbə günü baş verən hadisədə RF qırıcılarından biri düz yarım saat gəmiyə ən yaxın məsafədə manevrlər edib. Xəbərdə deyilir ki, qırıcı təyyarə gəmiyə 1 kilometrdən az olmayaraq 150 metr hündürlükdə yaxınlaşırdı.

Lakin, məlumatda qırıcı təyyarənin silahlanmadığı da qeyd olunub.


Teqlər:  





Xəbər lenti