Netflix və Apple+ Vill Smitlə işləməyəcək

   Netflix və Apple+ Vill Smitlə işləməyəcək
  05 Aprel 2022    Oxunub:1032
Netflix və Apple+ videoservisləri amerikalı aktyor Vill Smitin Oskar mərasimi zamanı komediya ustası Kris Rokun üzünə sillə vurmasından sonra onunla layihələrdən imtina edir.
AzVision.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, xidmətlər Smitə həsr olunmuş bioqrafik filmin nümayişi ilə bağlı müraciətləri geri götürüb.

Bundan əvvəl "Sony" şirkəti “Bad Boys 4” (Bad Boys 4) filmini dayandırıb, "Netflix" isə Smitin çəkilməli olduğu “Fast və Loose” kriminal dramını çəkməkdən imtina edib. Aktyor həmçinin, Amerika Kino Sənəti və Elmləri Akademiyasından könüllü olaraq istefa verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: aktyor   Oskar  





Xəbər lenti