Tofiq Quliyevin 105 illiyi münasibətilə konsert proqramı olacaq

      Tofiq Quliyevin    105 illiyi münasibətilə konsert proqramı olacaq
  02 Aprel 2022    Oxunub:1441
Heydər Əliyev Sarayında Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək.
AzVision.az xəbər verir ki,bu barədə Heydər Əliyev Sarayının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprel ayının 29 saat 19.00-da Sarayın “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş “Bizi yaşadan nəğmələr” adlı konsert proqramı hazırlanır.

Gecədə bəstəkarın unudulmaz nəğmələrini Azərbaycanın tanınmış incəsənət nümayəndələri ifa edəcək.

AzVision.az



Teqlər: Tofiq-Quliyev   Yubiley  





Xəbər lenti