Cihada gedənləri 30 il həbs gözləyir

Cihada gedənləri 30 il həbs gözləyir
  14 Aprel 2014    Oxunub:1439
Səudiyyə Ərəbistanda cihada gedən vətəndaşlar 20 ildən 30 ilə qədər həbs cəzasına məhkum ediləcəklər.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə qərar Səudiyyə Ərəbistan kralı Abdullah Bin Abdulaziz tərəfindən verilib.

Kralın qərarına görə, “radikal dini baxışları olan və ya dini qruplaşmanın tərkibində olmaq”, eləcə də “ölkədən kənarda silahlı münaqişələrdə iştirak etmək” cinayət sayılır.

Eyni zamanda qərara görə, ölkədəki dini təşkilat və qrupların siyahısı hazırlanıb krala təqdim edilməlidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Suriyada 1200-ə yaxın bu ölkənin vətəndaşı vuruşur.


Teqlər:  





Xəbər lenti