Depardye dostu Putini Ukrayna müharibəsinə görə qınadı

   Depardye dostu Putini    Ukrayna müharibəsinə görə qınadı
  01 Aprel 2022    Oxunub:1233
Məşhur fransız aktyor Jerar Depardye ukraynalılara yardım edəcək. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edilir ki, dünya şöhrətli sənətçi əvvəlllər Putinin pərəstişkarı olduğunu bəyan etmişdi və 2013-cü ildə o hətta Rusiya vətəndaşlığını almışdı.

"İndi aktyor həqiqətin tərəfinə keçib. O, Ukraynadakı müharibənin əleyhinə çıxır. Hərçənd Depardye bu müharibəni “qardaş qırğın”ı adlandırır. Üstəlik, kino ulduzu Putinlə bağlı fikrini də dəyişib. "Le Figaro"nun məlumatına görə, Depardye onun rəhbərliyini "dəli və qəbuledilməz" adlandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti