Ed Şeranın konsertində ukraynalı qaçqınlar üçün 16 milyon dollar toplandı

Ed Şeranın konsertində ukraynalı qaçqınlar üçün    16 milyon dollar toplandı
  30 Mart 2022    Oxunub:1024
Martın 29-da Böyük Britaniyada "Ukrayna üçün konsert" xeyriyyə tədbiri baş tutub. AzVision.az xəbər verir ki, Ed Şeran, Kamila Kabelyo və digər dünya səviyyəli sənətçilərin iştirakı ilə keçirilən musiqi gecəsində Ukraynadan olan Camala da çıxış edib.
Nəticədə təşkilatçılar ukraynalı qaçqınlara kömək üçün istifadə olunacaq 16 milyon dollar xeyriyyə vəsaitini toplaya biliblər.

“Ukrayna üçün konsert”in təşkilatçıları bildiriblər ki, konsert biletlərinin satışının başlanmasından bir saat keçməmiş onların hamısı satılıb. Bundan əlavə, konsert bir çox məşhur striminq xidmətlərində yayımlanıb.

Konsertin bir çox iştirakçısı Ukrayna bayrağının rənglərində geyinib. “Eurovision-2016”nın qalibi ukraynalı Camala isə əfsanəvi “1944” mahnısını ifa edib.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Konsert  





Xəbər lenti