"Oskar"ın aparıcısı Smitdən şikayət etməyəcək

 "Oskar"ın aparıcısı Smitdən   şikayət etməyəcək
  28 Mart 2022    Oxunub:1955
Məşhur amerikalı komediya ustası Kris Rok aktyor Uill Smitin onu "Oskar" mükafatlandırma mərasimində vurmasına görə polisə şikayət verməyəcəyini deyib. AzVision.az xəbər verir ki, bu barədə "ABC" Los-Anceles polisinə istinadən xəbər yayıb.
"Los-Anceles Polis Departamentinin müstəntiqləri mükafatlandırma zamanı iki nəfərin iştirakı ilə baş verən insidentdən xəbərdardırlar. Hadisə zamanı bir nəfər digərinə zərbə vurub. Hadisənin iştirakçısı polislə əlaqə saxlamaqdan imtina edib", - polisin açıqlamasına deyilir.

“Oskar” mərasimində dava düşdü - VIDEO
Xatırladaq ki, Los-Ancelesdə 94-cü "Oskar" mükafatının verilməsi mərasimi keçirilib. Təqdimat mərasimində aktyor Uill Smit səhnəyə qalxaraq, arvadı Cada Pinkett-Smitin saçlarının tökülməsi ilə məzələnən aparıcı Kirs Roku vurub.

Qeyd edək ki, Smit "Kral Riçard" filminə görə "ən yaxşı aktyor nominasiyası"nda "Oskar" qazanıb. Bu isə sənətçinin ilk "Oskar"ıdır. Təşəkkür nitqində mükafatı qəbul edən Smit ağlayıb və aktyor baş verənlərə görə Akademiyadan, bütün həmkarlarından üzr istəyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Oskar   Aktyor  





Xəbər lenti