“Oskar” mərasimində dava düşdü - VIDEO

   “Oskar” mərasimində dava düşdü  -  VIDEO
  28 Mart 2022    Oxunub:5177
Los-Ancelesdə 94-cü "Oskar" mükafatının verilməsi mərasimi keçirilib. "Ən yaxşı film" nominasiyasında "CODA: Kar valideynlərin uşağı" qalib gəlib. Film həmçinin ikinci planda ən yaxşı aktyor işi (Troy Kotsura) nominasiyasında da fərqlənib.
Digər əsas laureatlar:
Ən yaxşı aktyor: Uill Smit ("Kral Riçard")
Ən yaxşı aktrisa: Cessika Çesteyn ("Temmi Feyin gözləri")
İkinci planda ən yaxşı aktrisa: Ariana Debos ("Vestsayd əhvalatı")
Ən yaxşı səs, montaj, saundtrek: "Dyuna"
Ən yaxşı animasiya filmi: "Enkanto"
Xarici dildə ən yaxşı film: "Mənim maşınımın sükanınının arxasına keç"
Ən yaxşı kostyum: "Kruella"
Ən yaxşı sənədli film: "Basketbol kraliçası"
Ən yaxşı rejissor: Ceyn Kempion ("Köpəyin hakimiyyəti")

"Oskar" təqdimat mərasimində aktyor Uill Smit səhnəyə qalxaraq, arvadı Cada Pinkett-Smitin saçlarının tökülməsi ilə məzələnən aparıcı Kirs Roku vurub. O, “Keep my wife’s name out of your f—ing mouth!” ("arvadımın adını s***ş ağzına alma!") deyərək, Cada Pinkettt Smit ilə məzələnən komedianta yumruq zərbəsi endirib.
Kris Rok insidentə sadəcə “Will Smith just slapped the shit out of me!” (Uill Smit mənim içimdəki nəcisi vurub çıxardı) sözlərilə reaksiya verib.



Samir Quliyev
AzVision.az


Teqlər: Oskar  





Xəbər lenti