Lavrov Ukrayna böhranını Çinlə müzakirə edəcək
Aprelin 15-nə planlaşdırılan bu səfər Ukrayna, Rusiya, ABŞ və Avropa İttifaqı diplomatlarının dördtərəfli görüşündən iki gün əvvələ təsadüf edir.
Lavrov deyib ki, Çinin prezidenti və xarici işlər naziri ilə görüşdə Ukrayna hadisələrinə xüsusi diqqət ayıracaqlar.
Martın 27-də BMT-nin Baş Assambleyasında Krımın Rusiyaya birləşmək üçün referendum keçirməsini pisləyən və Ukraynanın bu ərazisinin Rusiyaya birləşməsini tanımayan qətnamə qəbul edilərkən Çin bitərəf qalmışdı.
Teqlər: