Co Bayden Ukraynaya gəlir

Co Bayden Ukraynaya gəlir
  14 Aprel 2014    Oxunub:1725
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın vitse-prezidenti Co Bayden Ukraynaya dəstək məqsədilə aprelin 22-də Kiyevə səfər edəcək.

Bu barədə Ağ EV-dən məlumat verilib. ABŞ administrasiyasından verilən açıqlamada bildirilir ki, Ukraynada son günlər baş verən hadisələr zorakılıq aktları və təxribat kimi qiymətləndirilib.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Lora Maqnuson Rusiyanı sərt tənqid edib: ”Biz Ukraynanın şərqində bu gün zorakılıq və təxribata təhrik edən və Ukrayna dövlətçiliyini pozub qeyri-sabitlik yaratmağa çalışan Rusiya tərəfdarı separatçıların belə görünür, Rusiyanın dəstəyi ilə şahidi olduğumuz birgə kampaniyaya görə narahatlıq keçiririk.”

Maqnuson açıqlamasında Rusiya silahlı qüvvələrinin Krıma gətirilməsindən öncə buna bənzər inkişafların müşahidə edildiyini qeyd edib və Rusiya prezidenti Putinə Ukraynada qeyri-sabit vəziyyət yaratmamaqla bağlı xəbərdarlıq edib.



Teqlər:  





Xəbər lenti