Makedoniyada prezident seçkisi keçirilir
Ölkədə daha çox fəxri vəzifə hesab edilən prezidentlik uğrunda yarışda dörd namizəd iştirak edir. Hazırkı prezident, iqtidarda olan mühafizəkar VMRO-DPMNE partiyasının namizədi Corce İvanovun əsas rəqiblərindən biri müxalif Sosial-Demokrat partiyasının namizədi Stevo Pendarovskidir.
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, prezidentliyə namizədlərdən heç biri səslərin 50 faizini toplaya bilməsə, ən çox səs almış iki namizəd aprelin 27-də seçkinin ikinci turunda yenidən rəqabət aparacaq.
Aprelin 27-i Makedoniyada eyni zamanda parlament seçkiləri keçiriləcək.
Bu, 1991-ci ildə Yuqoslaviyanın süqutundan sonra Makedoniyanın müstəqilliyini əldə etməsindən sonra ölkədə keçirilən beşinci prezident seçkisidir.
Teqlər: