Nurçulardan həbslərlə bağlı açıqlama

Nurçulardan həbslərlə bağlı açıqlama
  13 Aprel 2014    Oxunub:1120
Nurçulardan Bakıda 30 nəfərin saxlanması ilə bağlı açıqlama. "Onlar Nur camatıdırlar, Gülən camaatı deyillər. Orada namaz qılırlar, kitab oxuyurlar ".
Ötən gün gecə saatlarında Bakının Yasamal rayonunda polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində saxlanılan 30-dan çox insanın vəkili Yasamal Rayon Polis Şöbəsinə müraciət edəcək.

AzVision.az xəbər verir ki, “Nur təriqətinə” məxsus olduğunu deyən şəxslərdən biri Ans Press-ə açıqlamasında saxlanılan şəxslərin nurçu olduğunu olduğunu söyləyib. Onun sözlərinə görə, aparılan şəxslər barəsində onlara heç bir məlumat verilmir: “Onları bölməyə aparıblar. Ordan isə hara apardıqları barəsində bizim məlumatımız yoxdur. Onların saxlanması ilə bağlı günortadan sonra vəkil polis idarəsinə gedəcək. Vəkil ordenlə gedəcək və nə üçün onların saxlandığını öyrənəcək. Saxlanılanlardan heç biri buraxılmayıb. Onlar Nur camatıdırlar, Gülən camaatı deyillər. Ora onların öz evləridir. Orada namaz qılırlar, kitab oxuyurlar. Ora bir kişinin evidir, mülküdür. O evin sahibi Hacıdır. Qanunsuz şəkildə gəlib evə giriblər, sanki orada terrorçular yaşayır”.

Məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz iş günü olmadığı üçün bir nəticə vermədi.

Qeyd edək ki, Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosu ərazisində, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində saxlanılan 30-dan çox şəxs saxlanılıb. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar da müsadirə edilib.

Hadisənin növbəti gedişatı haqda məlumat verəcəyik.


Teqlər:





Xəbər lenti