X5-in dəhşətli qəzası: 2 ölü

X5-in dəhşətli qəzası: 2 ölü
  13 Aprel 2014    Oxunub:1341
Avtomobil zəncirvari olaraq 2 “Mercedes” və digər “BMW” ilə toqquşub.
Aprelin 13-nə keçən gecə Novxanı qəsəbəsində dəhşətli yol qəzası baş verib.

AzVision.az Lent.az-a istinadən xəbər verir ki, “BMW X5” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən sürücünün idarəetməsindən çıxıb. Avtomobil zəncirvari olaraq 2 “Mercedes” və digər “BMW” ilə toqquşub. Daha sonra isə avtomobil işıq dirəyinə çırpılaraq dayanıb. Qəza nəticəsində 2 nəfər həlak olub.

Hər iki şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır. Ölənlərin hər ikisi “BMW”də olanlardır.

Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aprılır.


Teqlər:





Xəbər lenti