Donuz əti qadağası avropalıları bir-birinə vurub
AzVision.az xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq iki aydır ki, tərəflər razılığa gələ bilmir və tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil.
Qeyd edək ki, bu, Rusiyanın ÜTT-yə daxil olmasından sonra Aİ ilə arasında yaranan ikinci münaqişədir.
Rusiya Avropa İttifaqına daxil olan bütün ölkələrdən donuz və donuzçuluq məhsullarının tədarükünə cari ilin 30 yanvar tarixində qadağa tətbiq edib. Qadağaya 2013-cü ilin dekabrında Litva və Polşada donuzlarda Afrika taunun qeydə alınması səbəb olub.
Teqlər: