Erməni deputatdan ilginc etiraf
Bunu parlamentdə Erməni Milli Konqresini təmsil edən deputatlardan biri – Aram Manukyan bu gün keçirilən iqtisadi forumda çıxışında deyib.
Onun sözlərinə görə, regional masştabda Ermənistan bölgənin iqtisadi vahidi kimi sadəcə, mövcud deyil.
“Azərbaycanın neft-qazın nəqli ilə bağlı Gürcüstanda maliyyələşdirdiyi proqramların dəyəri 35-40 milyard dollardır. Analoji vəziyyət başqa sahələr üzrədir. Gürcüstan və Azərbaycan bizdən 5 dəfə çox turist qəbul edir. Eyni sözlər İrana aiddir. Yalnız Ermənistan heç bir inkişaf perspektivinə malik deyil”, - deyə Manukyan qeyd edib. /Musavat/