Qazax rayonunda sahibkarlar üçün treninq keçirilib

Qazax rayonunda sahibkarlar üçün treninq keçirilib
  13 Aprel 2014    Oxunub:989
AzVision.az APA-ya istinadən verdiyi xəbərə görə, Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, “Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında keçirilən treninqlərdə iştirakçılara kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, ekoloji təmiz üzüm məhsullarını istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin, biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi, maliyyə planı və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, sahibkarlar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlandırılıblar.

Tədbir çərçivəsində ekoloji təmiz üzüm istehsalının təşkili və inkişafı məsələləri, biznes planların və investisiya layihələrinin hazırlanması barədə təqdimatlar da keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.



Teqlər:





Xəbər lenti