ABŞ Dövlət katibinin müavini istefa verib
“Vilyam Berns haqqında çox danışmaq olar. O nəinki Dövlət Departamenti üçün eləcə də, ABŞ-ın xarici siyasəti üçün mühüm rol oynayıb. Özünəməxsus təvazökarlığı ilə bir çox məsələlərin həllində yardımçı olub” - Con Kerri bəyanatında onun haqqında belə deyib.
Qeyd edək ki, Vilyam Berns Dövlət Departamentində 1982-ci ildən çalışır. O əvvəlcə, Moskvada ABŞ səfirliyinin müşavir elçisi olub, daha sonra ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının tərkibinə daxil olaraq bir müddət orda işləyib.
1998-2001-ci illər İordaniyada ABŞ səfiri vəzifəsini yerinə yetirib.
2001-2005-ci illərdə isə o, Yaxın Şərq məsələləri üzrə dövlət katibinin müavini vəzifəsində fəaliyyət göstərib.
Vilyam 2011-ci ildə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini təyin olunub. O, bu vəzifədə Ceyms Steynberqi əvəz edib.
Teqlər: