“Teatrda bir gün“ - Həvəskarlar teatrın səhnə arxasını görəcəklər

   “Teatrda bir gün“    -  Həvəskarlar teatrın səhnə arxasını görəcəklər
  16 Mart 2022    Oxunub:2009
Martın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyinin “Teatrda bir gün“ layihəsi çərçivəsində tədbir keçiriləcək.
Həmin gün opera və balet sənəti həvəskarları Teatrın səhnə arxası fəaliyyəti ilə tanış ola biləcəklər.

Tədbir iştirakçıları solistlər, balet artistləri, xor və orkestrin məşq fəaliyyəti ilə yaxından tanış olacaq, həmçinin tamaşaların nümayişini təmin edən texniki heyətin fəaliyyətini müşahidə etmək imkanı əldə edəcəklər.

Teatra giriş martın 27-si, saat 12-i və 14-də baş tutacaq. Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən 493-94-05 nömrəli telefonla qeydiyyatdan keçə bilərlər.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: teatr  





Xəbər lenti