Krım konstitusiyası qüvvəyə mindi
Sənədin mətni Krım Parlamentinin rəsmi qəzetində (Krım xəbərləri) dərc edilib.
Krım Dövlət Şurasının sədrinin birinci müavini Qriqori İoffe bildirib ki, 12 aprel tarixini Krım Respublikasının konstitusiyasının qüvvəyə mindiyi gün kimi qəbul etmək lazımdır.
Onun sözlərinə görə, sənədə gələcəkdə əlavə düzəlişlər ediləcəyi də istisna edilmir.
AzVision.az