Nuland: `ABŞ, Azərbaycana görə narahatdır`

Nuland: `ABŞ, Azərbaycana görə narahatdır`
  12 Aprel 2014    Oxunub:1444
ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland, ölkəsinin Ukraynadakı böhranın Azərbaycana mümkün təsirindən narahat olduğunu deyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə V. Nuland ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki çıxşında danışıb.

Xarici işlər nazirinin müavini həmçinin bildirib ki, ABŞ Ukrayna böhranının fəsadlarının Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovaya da təsirsiz ötüşməyəcəyindən narahatdır: “Moldova Rusiyanın iqtisadi təzyiqinə məruz qalır. Buna görə də Moldova və bölgədəki digər ölkələrə həm siyasi, həm də iqtisadi dəstəyimizi artırmışıq. Bu, növbəti aylarda da davam edəcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti