Kerri:`Ukrayna Rusiyaya qalıb gələcək` - VİDEO

Kerri:`Ukrayna Rusiyaya qalıb gələcək` - VİDEO
  12 Aprel 2014    Oxunub:1440
Ukrayna milli telekanalları son zamanlar ölkə ətrafında yaranmış gərgin vəziyyətlə əlaqədar xüsusi süjet hazırlayıb.
Reportajda Amerika dövlət katibi Con Kerrinin, respublikaçılardan prezidentliyə keçmiş namizəd Con Makkeynin, həmçinin Avropa liderlərinin fikri yer alıb.

Vurğulanıb ki, Rusiya Ukraynanın şərqində hadisələri gərginləşdirməyə çalışsa da, rəsmi Kiyevin davranışları təqdirə layiqdir. Beynəlxalq təşkilatların da apardığı monitorinqlər nəticəsində heç bir qanun və insan haqlarının pozuntusuna rast gəlinməyib.

Almaniya kansleri Anqela Merkel bildirib ki, Almaniya bundan sonra da Ukrayna hökuməti ilə işləməyə, müəyyən məsləhətlər verməyə hazırdır. Amma bunun üçün Ukrayna dəqiq mövqe ortaya qoymalıdır. Konkret olaraq özünü harada gördüyünü açıqlamalıdır

Rusiyanın, ələlxüsus prezident Vladimir Putinin yürütdüyü siyasəti kəskin tənqid edən Con Makkeyn isə yenə Obama Administrasiyasını ”dişsiz” siyasət yürütməkdə qınayıb. Bunun cavabında Amerika Dövlət katibi Con Kerri vurğulayıb ki, narahatlığa əsas yoxdur. Çünki Rusiya iqtisadiyyatı sürətlə tənəzzülə doğru gedir və yaxın vaxtlarda Ukraynanın Rusiyaya qalıb gələcəyi qaçılmaz olacaq.



AzVision.az


Teqlər:  





Xəbər lenti