Almaniyada ölkəyə gələn mühacirlərin aksiyası dağıdıldıqdan sonra qəribə bir aksiyaya başlanılıb.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Berlində aksiyaçıların yığışdığı `Oranienplatz` meydanındakı çadırları dağıdılıb. Bundan sonra Sudandan olan Napuli Paul Langa adlı xanım parkdakı ağacların birinə çıxaraq orada yaşayır və yeni formada-oturaq etiraz aksiyasını davam etdirir.