G7 ölkələrinin görüşü Brüsseldə baş tutacaq
“Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ, Avropa Şurası və Avropa Komissiyasının sədrləri 2014-cü il, iyunun 4-5-də G7 formatında Brüsseldə görüşəcəklər”, - sənəddə qeyd edilir.
Xatırladaq ki, martın 24-də Avropa Şurasının sədri Herman van Rompey “Böyük səkkizlərin” 7 ölkəsinin Rusiyanın Soçi şəhərində nəzərdə tutulan sammitdə iştirak etməkdən imtina etməsini və görüşün G7 formatında Brüsseldə keçiriləcəyini bəyan etmişdi./APA/
Teqlər: