Ukraynadakı müharibəyə görə atasını dəfn edə bilmir

 Ukraynadakı müharibəyə görə atasını dəfn edə bilmir
  10 Mart 2022    Oxunub:1820
Ukraynada gedən döyüşlərə görə Rusiyanın Xalq artisti Yelena Yakovleva atasını dəfn edə bilmir.
AzVision.az xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında yazıb.

“Mənə atamı dəfn etmək imkanı verin. Humanitar dəhlizləri açın! Ən azı uşaqlar və onların anaları üçün koridorları açın. Uşaqlı analar üçün hər şeyin nə qədər dəhşətli olduğunu başa düşürəm" - deyə, aktrisa vurğulayıb.

Qeyd edək ki, Y.Yakovlevanın atası hərbçi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti